AZ

Paşinyanın istefa verəcək? - Hakim partiyadan açıqlama

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifətin tələb etdiyi kimi istefaya getməyə hazırlaşmır. 

HİT.az TASS-a istinadən xəbər verir ki, bunu hakim "Vətəndaş sazişi" partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan deyib.

"Ermənistanda hökumət 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri zamanı yalnız qanuni vasitələrlə dəyişdirilə bilər. Nikol Paşinyan, biz bu məsələni heç kimlə və heç bir halda müzakirə etmək fikrində deyilik", deyə Xandanyan bildirib.

Qeyd edək ki, müxalifət Paşinyanın istefasını tələb edir. Bir neçə gündür Azərbaycanla razılaşmalara etiraz olaraq ölkədə aksiyalar keçirilir. Daha əvvəl Paşinyanın erkən seçkiyə gedəcəyi deyilsə də, hökumət bunu təkzib edib.

Samir

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
2
hit.az

3Mənbələr