AZ

Ətdən imtina xərçəng və ürək xəstəlikləri riskini azaldır - Alimlər

İtaliyanın Sant'Anna Qabaqcıl Araşdırmalar Məktəbinin alimləri təsdiq ediblər ki, ət məhsullarından imtina edərək bitki mənşəli qidalara üstünlük vermək orqanizmdə iltihabı azaltmaqla, lipid və qlükoza mübadiləsini normallaşdırmaqla xərçəng və ürək-damar xəstəlikləri riskini azaldır.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri PLOS ONE jurnalında dərc olunub.

İtalyan alimlərinin işi qidalanmanın müxtəlif xəstəliklərin inkişaf risklərinə təsiri haqqında əvvəllər dərc edilmiş elmi məlumatların icmalıdır. Tədqiqat zamanı digər sistematik icmalların, meta-analizlərin və elmi məqalələrin nəticələri də nəzərə alınıb. Qeyd olunur ki, elm adamları veqanizm, ovovegetarianizm (yumurta istehlakına icazə verir), laktovegetarianizm (süd məhsullarının istehlakına icazə verir) və lakto-ovegetarianizm (həm yumurta, həm də süd məhsullarına icazə verir) daxil olmaqla, bitki əsaslı pəhrizlərin faydalarını qiymətləndirməyə diqqət yetiriblər.

İcmal, vegan və vegetarian pəhrizlərin xərçəng, diabet və piylənmə ehtimalında əhəmiyyətli ümumi azalma ilə əlaqəli olduğunu müəyyən edib. Bu pəhrizin faydaları bədəndə C-reaktiv zülalın konsentrasiyasının azalması (iltihabın məlumatlandırıcı markeri), insulin müqavimətinin artması, qan şəkərinə nəzarətin yaxşılaşdırılması, "pis" xolesterol və bədən yağ kütləsinin səviyyəsinin azalması ilə əlaqədardır. Bununla belə, ət məhsullarından qaçınmaq və qan təzyiqi arasındakı əlaqə qeyri-müəyyən olaraq qalır.

Tədqiqatçılar qırmızı ət yeməkdən çəkinənlərdə mədə-bağırsaq traktının (mədə, bağırsaq, yemək borusu) xərçənginə tutulma riskinin daha az olduğunu qeyd ediblər.

Alimlərin fikrincə, ət məhsullarından imtina edən insanların ömrünün uzanması və sağlamlığının yaxşılaşması təkcə pəhrizdəki dəyişikliklərin deyil, həm də ümumilikdə sağlam həyat tərzinin seçimi və faydasının nəticəsi olub.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
2
redaktor.az

3Mənbələr