AZ

İtaliya daşqını Fransaya ÇATDI – Bir neçə şəhəri SU BASDI – VİDEO

İtaliya daşqını Fransaya çatıb və bir neçə şəhəri su basıb.

İnterpress.az xəbər verir ki, Mozel departamentindən məlumat verilib.

“Fransanın şimal-şərqində yerləşən Mozel departamentinin səlahiyyətliləri bir anda bir neçə şəhərdə baş verən daşqınlarla əlaqədar qırmızı həyəcan səviyyəsi elan edib”, – məlumatda deyilir.

Cümə axşamı axşamdan bölgəyə yağan güclü yağışlar artıq infrastruktura ciddi ziyan vurub. Prefekturaya görə, təxminən 177 bələdiyyə zərər çəkib.

“Biz bir qədər tarixi olan dramatik bir vəziyyətlə üzləşmişik. Çünki son bir neçə ildə gördüklərimiz dünən gecə və bu səhər yaşadıqlarımızla müqayisə edilə bilməz”, – Mozel meri deyib.

Fransanın daha üç departamentində “narıncı” təhlükə səviyyəsi elan edilib.

Xuraman Etibarlı

İnterpress.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
interpress.az

1Mənbələr