AZ

Fransa DTX-nin əməliyyatının qarşısını alıb?

Fransanın “Avropa-1” (Europe 1) radiosu Yeni Kaledoniyada baş verənlərin arxasında Azərbaycan xüsusi xidmət orqanlarının dayandığına dair iddialar irəli sürüb. İddia edirlər ki, Fransa kəşfiyyatı 2023-cü ildə Bakının Numeada planlaşdırdığı əməliyyatın (?) qarşısını alıb.

Bu iddiaların Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın günahlandırılması məqsədi daşıdığı bəllidir və Makron Administrasiyası öz yanlış addımlarını ört-basdır etmək üçün informasiya resursları üzərindən məsələyə “geosiyasi don” geyindirir. Lakin Azərbaycan və Fransa arasında kəşfiyyat müharibəsinin getdiyi də bəllidir.

Bu ilin fevralında Dövlət Təhlükəsizlik Xidməti Fransa kəşfiyyatının Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər uzanan casus şəbəkəsini ifşa etmişdi. Bu uğursuzluq Makron Administrasiyası daxilində ciddi problemlərə səbəb olmuşdu. İstisna deyil ki, indi “Fransa kəşfiyyatı Bakının Numeada hazırladığı əməliyyatın qarşısını alıb” iddiası təkcə baş verənlərə görə Azərbaycanı ittiham etmək yox, həm də “kəşfiyyat məğlubiyyəti”ni ictimai rəydə sığortalamaq məqsədi daşıyır.

Azərbaycan kəşfiyyatının Fransa kimi bir ölkənin kəşfiyyatını “informasiya təbliğatına” əl atmaq məcburiyyətində qoyması da ciddi uğurdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
4
qaziler.az

5Mənbələr