AZ

İsrail ordusu fələstinlilərin yaşadığı əraziyə hücum etdi - Ölən və yaralılar var

İsrail İordan çayının qərb sahilində Fələstin bölgəsinə hücum edib.

Bakupost.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Yerixo şəhərinə və yaxınlıqdakı bir neçə bölgəyə, o cümlədən Aqaba Cabir, Ayn əs-Sultan və Duyuk əl-Favkaya basqın ediblər.

Basqınlar zamanı Yerixoda 3 uşaq atası olan 44 yaşlı Şadi İsa Celaytanın İsrail qüvvələrinin açdığı atəş nəticəsində həyatını itirdiyi, 2 nəfərin yaralandığı, 1 nəfərin isə ağır vəziyyətdə sinəsindən yaralandığı bildirilib.

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bu yana İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 486 fələstinli həyatını itirib.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı həbslər, basqınlar və hücumlar artıb.


Elnur
BakuPost

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
249
10
Mənbələr
Şərh ()
Bağla