AZ

Qremmi mükafatlı müğənninin adı lüğətə düşdü

“Queen B” kimi tanınan dünya şöhrətli müğənni Beyonsun adı artıq lüğətə salınacaq. "Texas Hold 'Em" mahnısı ilə musiqi hit-paradlarını alt-üst edən müğənninin adı Le Petit Larousse adlı fransız lüğətinə daxil olacaq.

News24.az xəbər verir ki, “The Times” qəzetinin məlumatına görə, “Beyonce” sözünü “Amerikalı R&B və pop müğənnisi” əvəz edəcək.

Bu il lüğətə daxil ediləcək 40 ad arasında Oskar mükafatlı aktrisa Keyt Blanşet, NBA ulduzu LeBron Ceyms və Oskar mükafatlı Oppenheimer filminin rejissoru Kristofer Nolan kimi adlar var.

42 yaşlı müğənninin Destiny's Child qrupu ilə ifa etdiyi eyniadlı mahnıda adı keçən "bootylicious" sözü 2004-cü ildə Oksford lüğətinə daxil edilib.

Cowboy Carter adlı yeni albomu ilə Billboard 200 siyahısına bir nömrədən daxil olan Beyonce, musiqi tarixində kantri musiqi cədvəlində birinci olan ilk qaradərili müğənni olub.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
179
Mənbələr
Şərh ()
Bağla