AZ

60 ildən sonra sevgilisi ilə evləndi

Çində 86 yaşlı kişi tələbəlik illərində tanış olduğu ilk sevgilisi ilə evlənib. 

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, Çjou Quilin Pekin Universitetinin hüquq fakültəsinin tələbəsi olub. Orada o, Yang Xiugui ilə tanış olub.  Onlar münasibətə başlayıblar, lakin məzun olduqdan sonra gənclər ayrılıblar. 

Çjou məmləkətində məktəb qurub və həyatını təhsilə həsr edib. Zaman ərzində o və Yang Xiugui öz ailələrini qurublar.

Cütlük həyat yoldaşlarının ölümündən sonra yenidən bir araya gəlib və  evləniblər. Onların toyunda yalnız yaxın dostlar və qohumlar iştirak edib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
Mənbələr
Şərh ()
Bağla

Reytinq