AZ

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-ci ilin may ayı üçün reytinq cədvəlini açıqlayıb.

“İki sahil” xəbər verir ki, bədii gimnastika üzrə Azərbaycan yığması 545 xalla birinci pillədə qərarlaşıb.

Cüdo üzrə Azərbaycan milli komandasının lideri Hidayət Heydərov 445 xalla ikinci, bədii gimnast Zöhrə Ağamirova 435 xalla üçüncü sıradadır.

Reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən, 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
7
ikisahil.az

10Mənbələr