AZ

Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər

ABŞ-nin Ukraynaya hərbi yardımın təsdiqini gecikdirməsi Kiyev üçün qələbə və məğlubiyyət arasında fərq ola bilər.

"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) diplomatik rəhbəri Cozep Borrell Böyük Britaniyada çıxışı zamanı deyib.

"ABŞ-də siyasi qütbləşmə hərbi yardımın ayrılmasını altı ay gecikdirdi. Və müharibədə bu, çox vaxtdır, qələbə və məğlubiyyət arasında fərq ola bilər", - Borrell deyib.

Rusiyanı bir daha Aİ-nin mövcud düşməni adlandıran Borrell, həmçinin ifadə edib ki, Aİ ölkələrinin də son iki ildə Ukraynaya silah tədarükü ilə bağlı qərarları razılaşdırmaq çox uzun çəkib. 

Borrell Moskvanın 6-9 iyunda keçiriləcək Avropa Parlamentinə qarşıdan gələn seçkilərə müdaxilə etmək niyyətində olması ilə bağlı ittihamlarını təkrarlayıb. O, Aİ ölkələrinin Kiyevə silah tədarük etmək səylərini alqışlayıb və bu tədarükü intensivləşdirməyə çağırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
50
Mənbələr
Şərh ()
Bağla