AZ

İti pəncərədən atan şəxsə 3 il həbs verildi

Anqarskda iti pəncərədən atdığına görə yerli sakin mühakimə olunub.

Milli.Az unikal-a istinadən xəbər verir ki,  bu barədə Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Ötən ilin may ayında 30 yaşlı kişi sərxoş halda iti əvvəlcə döyüb, sonra isə 4-cü mərtəbədən yerə atıb. Hadisə şahidləri polisə müraciət edərək yaşayış binasının yaxınlığında ölmüş it tapdıqlarını bildiriblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs üç il iki ay müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
2
milli.az

3Mənbələr