AZ

Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin!

Müxtəlif qidaların düzüldüyü zəngin səhər yeməyi süfrəsini bir çox insan sevir. Ancaq səhərlər hər qidanı yemək olmaz.

Həkimlər səhərlər istehlak edildikdə sağlamlığa mənfi təsir edə biləcək 10 qidanın adını açıqlayıblar.

Publika.az həmin qidaları təqdim edir:

Un məmulatları

Səhər yeməyində istehlak edilən simit və çörək kimi tərkibində maya olan qidalar mədənin selikli qişasını qıcıqlandıra və qaz problemlərinə səbəb ola bilər.

Fermentləşmiş qidalar

Boş mədə ilə qatıq yeyəndə mədədə əmələ gələn xlorid turşusu faydalı süd turşusu bakteriyalarını öldürə bilər. Buna görə də səhər yeməyi üçün belə məhsulların istehlakı çox faydalı hesab edilmir.

Armud

Səhər yeməyində istehlak etmək son dərəcə riskli ola bilər. Çünki armudda olan liflərin boş mədənin incə selikli qişasına zərər vermək ehtimalı var.

Şəkərli qidalar

Şəkər istehlakı insulin səviyyənizi artıra və nəticədə "yenicə oyanmış" mədəaltı vəzinizi gərginləşdirə bilər. Səhər acqarına şəkər qəbulu davamlı hal alarsa, bir müddət sonra şəkər xəstəliyinə səbəb ola bilər. Xüsusilə uşaqlara səhər yeməyində şəkərli qidalar verməmək tövsiyə olunur.

Acılı qidalar

Bu cür qidalar mədənin selikli qişasına zərər verə bilər. Mədənizdə turşu istehsalı artdığı üçün həzm sistemində bir çox problem yaranacaq.

Soyuq və qazlı içkilər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
7
publika.az

10Mənbələr